AZ

Keçmiş həmsədr: Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur VİDEO

Vaşinqton, 29 avqust, AZƏRTAC

Keçmiş amerikalı həmsədr kimi deyə bilərəm ki, Minsk qrupunun ləğvinin vaxtı doğrudan da çatıb və hətta keçib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib.

O bildirib ki, bu qrup Azərbaycanla Ermənistan arasındakı Qarabağ probleminin həlli üçün onilliklər ərzində danışıqlar aparıb. “Hələ işlənəcək detallar var. Çox müsbət haldır ki, Bakı və İrəvan indi birlikdə işləyirlər. Bu, o deməkdir ki, Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur. Bu, keçmişdə qaldı və gələcəyə doğru irəliləmək lazımdır”, - deyə Hoqland əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
52
5
azertag.az

6Mənbələr