AZ

Hoqland: Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 29 avqust , AZƏRTAC

“Keçmiş amerikalı həmsədr kimi deyə bilərəm ki, Minsk qrupunun ləğvinin vaxtı doğrudan da çatıb və hətta keçib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib. O, bildirib ki, bu qrup onilliklər ərzində Azərbaycanla Ermənistan arasındakı Qarabağ probleminin həlli üçün danışıqlar aparıb.

“İndi hələ işlənəcək detallar var. Çox, müsbət haldır ki, Bakı və İrəvan indi birlikdə işləyirlər. Bu, o deməkdir ki, Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur. Bu keçmişdə qaldı və gələcəyə doğru irəliləmək lazımdır”,- deyə Hoqland əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
5
azertag.az

6Mənbələr