AZ

Muğam müsabiqəsi qalmaqalı

“Mən IX “Muğam” Televiziya Müsabiqəsində münsiflərin qərarları ilə razılaşmıram, heç vaxt da razılaşmayacağam”.
Heftelik.az xəbər
Bunu müsabiqənin münsiflərindən biri olan Xalq artisti Səkinə İsmayılova Bakupost.az-a  açıqlamasında iştirakçıların etirazlarına münasibət bildirərkən deyib.
“Bildiyiniz kimi, mən finalda iştirak etmədim. Qərarı oradakı münsiflər veriblər. Hər halda mən finalda münsif olsaydım, nəticə başqa cür olardı. Mən olsaydım, var gücümlə çalışıb haqq-ədaləti bərpa edərdim”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, IX “Muğam” Televiziya Müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Kənan Novruzov mükafatlandırılma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə ona qarşı haqsızlıq olunduğu ilə bağlı açıqlama verib. Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciət ilə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.
Seçilən
39
7
heftelik.az

9Mənbələr