“Mən IX “Muğam” Televiziya Müsabiqəsində münsiflərin qərarları ilə razılaşmıram, heç vaxt da razılaşmayacağam”.
Mia.az xəbər verir ki, bunu müsabiqənin münsiflərindən biri olan Xalq artisti Səkinə İsmayılova bakıpost-a açıqlamasında iştirakçıların etirazlarına münasibət bildirərkən deyib.
“Bildiyiniz kimi, mən finalda iştirak etmədim. Qərarı oradakı münsiflər veriblər. Hər halda mən finalda münsif olsaydım, nəticə başqa cür olardı. Mən olsaydım, var gücümlə çalışıb haqq-ədaləti bərpa edərdim”, - deyə Xalq artisti bildirib.