AZ

Rusiyada "Anqarsk manyakı" kimi tanınan keçmiş polisin 89 nəfəri öldürdüyü üzə çıxdı

Rusiyada "Anqarsk manyakı" kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb...

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ölənlərdən 88-i qadın, biri kişidir.

Ömürlük həbs cəzasına məhkum edilmiş "Anqarsk manyakı" 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, keçmiş polis işçisi olan Popkov 2012-ci ildə həbs edilib. O, cinayət hadisələrini polis kimi çalışdığı dövrdə törədib.

Xatırladaq ki, iki il əvvəl rusiyalı manyak Ukraynada döyüşmək istədiyini bildirib.

Poliqon.info

Seçilən
12
11
poliqon.info

10Mənbələr