AZ

“Anqar manyakı”nın öldürdüyü insanların sayı 89-a çatıb

“Anqar manyakı” kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ölənlər arasında 88 qadın və bir kişi var.

    Ömürlük həbs cəzasına məhkum edilmiş “Anqar manyakı” 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

    Qeyd edək ki, keçmiş polis işçisi olan Popkov 2012-ci ildə həbs edilib. O, cinayət hadisələrini polis kimi çalışdığı dövrdə törədib.

    Xatırladaq ki, 2 il əvvəl rusiyalı manyak Ukraynada döyüşmək istədiyini bildirib.

    Seçilən
    19
    11
    bakivaxti.az

    10Mənbələr