AZ

IV və V qruplarda universitetlər üzrə boş yerlərin SAYI

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. 

İxtisas seçimindən ixtisas qrupları üzrə ümumilikdə 3 min 492 boş yer qalıb. 

Onlar içərisində IV qrup üzrə qəbul aparılan universitetlərdə ümumilikdə 4 min 732 boş yer var idi, ixtisas seçimindən sonra bu qrup üzrə ali məktəblərə qəbul olunanların sayı 4 min 507 nəfər olub. Boş qalan yerlərin sayı isə cəmi 225-dir. V qrupda isə 4 min 704 boş yerə 4 min 415 nəfər qəbul olunub. Hazırda bu ixtisasda boş yerlərin sayı 289-dur. 

Modern.az IV və V qruplar üzrə Azərbaycan bölməsində boş qalan yerləri təqdim edir.
 
IV ixtisas qrupu üzrə ən çox boş qalan yer bölgə universitetlərindədir. Belə ki, Gəncə Dövlət Universitetində 78, Sumqayıt Dövlət Universitetində 49, Lənkəran Dövlət Universitetində isə ümumilikdə 39 boş yer qalıb.  Bu ixtisas qrupu üzrə ən az boş yer isə Bakı Qızlar Universitetinin payına düşür, burada cəmi 6 yer qalıb. 

Digər universitetlər:

Bakı Dövlət Universiteti 18
Naxçıvan Dövlət Universieti 6
Azərbaycan Dövlət Aqrar Universiteti – 12
Mingəçevir Dövlət Universiteti – 10
Qeyd edək ki, IV ixtisas qrupunda qəbul aparan ən prestijli ali təhsil mərkəzi sayılan Azərbaycan Tibb Universitetində boş yer qalmayıb. 

Mədəniyyət, incəsənət və idman üzrə ixtisaslaşmış kadr yetişdirəm V ixtisas qrupuna gəldikdə isə burada Azərbaycan bölməsi üzrə ümumilikdə 113 boş yer mövcuddur. Bu ixtisas qrupunda 32 olmaqla ən çox boş yer Azərbaycan İdman Akademiyasının payına düşür. Bundan başqa Bakı Musiqi Akademiyasında 31, Naxçıvan Dövlət Universitetində 25, Azərbaycan Milli Konservatoriyasında 13, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə 12 boş yer qalıb. 
 

Seçilən
9
17
modern.az

10Mənbələr