AZ

I qrupda universitetlər üzrə boş qalan yerlər - SİYAHI

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. 

İxtisas seçimindən ixtisas qrupları üzrə ümumilikdə 3 min 492 boş yer qalıb. Ən çox boş yerin qaldığı ixtisas qrupu isə I-dir. 

Belə ki, I ixtisas qrupunda abituriyentlər ilkin ixtisas seçimində 20 min 385 boş yerin 18 min 43-sinə qəbul alıb. Bu da o deməkdir ki, bu qrupda 2 min 342 boş yer mövcuddur. 

Modern.az I qrup üzrə Azərbaycan bölməsində boş qalan yerləri təqdim edir. 

Azərbaycan Texniki Universiteti 247 boş yer ilə siyahıya liderlik edir. Burada maşın mühəndisliyi, materiallar mühəndisliyi, sənaye mühəndisliyi, energetika mühəndisliyi və digər texniki istiqamətlər üzrə kifayət qədər boş yer mövcuddur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə I ixtisas qrupu üzrə 230 boş yer qalıb. 


Bundan əlavə Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik və Azərbaycan Dövlət Pedoqoji Universiteti boş qalan yerlərə görə adıçəkilən ixtisas qrupunda boş qalan yerlərin sayına görə ilk beşlikdə qərarlaşıb.

Bakı Mühəndislik Universitetində ümumilikdə 113 boş yer qalıb. Onu Sumqayıt Dövlət Universiteti izləyir, burada isə 87 boş yer mövcuddur.

Beşinci yerdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) gəlir, bu təhsil müəssəsində 73 boş yer qeydə alınıb.

I qrup üzrə ən az boş qalan yerlərin sayına görə UNEC və Milli Aviasiya Akademiyası liderdir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində 2, Milli Aviasiya Akademiyasında isə cəmi 4 boş yer qalıb


Digər universitetlərdə boş qalan yerlərin sayı: 

Bakı Dövlət Universiteti - 64 
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 46
Mingəçevir Dövlət Universiteti - 52 
Gəncə Dövlət Universiteti - 19 
Naxçıvan Dövlət Universiteti - 41 
Naxçıvan Müəllimlər İnstitutu - 24
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) - 36
Xəzər Universiteti - 32 
Lənkəran Dövlət Universiteti - 37 
Qərbi Kaspi Universiteti - 32 
ADA Universiteti - 29
 

Seçilən
7
17
modern.az

10Mənbələr