AZ

“Siti” Donnarummaya bu qədər maaş təklif edir

“Mançester Siti” İtaliya millisinin qapıçısı Canluici Donnarummaya yüksək maaş təklif edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, PSJ və İngiltərə klubu hələ də qolkiperin transfer məbləği ilə bağlı danışıqları davam etdirir. Bu arada Donnarumma artıq Premyer Liqa təmsilçisi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Gözlənilir ki, müqavilə 5 illik olacaq və ildə 16 milyon avro məvacib nəzərdə tutulacaq (vergilər istisna olmaqla). Bundan əlavə, hər mövsüm artacaq bonuslar da daxil ediləcək.

Müqayisə üçün, hazırda PSJ-də Donnarumma 12,7 milyon avro məvacib və 5,45 milyon avro bonus qazanır. Bu isə təxminən 7 milyon avro “təmiz maaş” və 3 milyon avro bonus deməkdir.

Seçilən
10
29
publika.az

10Mənbələr