AZ

"Qalatasaray" "Siti"nin ulduzundan əl çəkmir: Məbləğ artırıldı

“Qalatasaray” qapıçı Edersonun transferi ilə bağlı “Mançester Siti”yə yeni təklif göndərib.

Publika.az xəbər verir ki, İstanbul nəhəngi "şəhərlilər"ə təklif edilən məbləği 10 milyon avrodan 15 milyon avroya qədər artırıb. bu barədə insayder Nikolo Skira də məlumat verib.

Ederson artıq Türkiyə klubu ilə şəxsi müqaviləni razılaşdırıb. Saziş 2028-ci ilə qədər nəzərdə tutulub və braziliyalı qapıçı illik 7 milyon avro qazanacaq.

Ederson 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
7
29
publika.az

10Mənbələr