İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbində radikal HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvadı məhv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın qərbində HƏMAS təhlükəsizlik aparatına rəhbərlik edən terrorçu Mahmud əl-Əsvada zərbə endirərək, onu məhv edib", - məlumatda bildirilir.
Qeyd olunur ki, əl-Əsvad HƏMAS hərəkatının təhlükəsizlik aparatında vacib fiqur olub və terror təşkilatı üçün mühüm məlumat mənbəyi kimi xidmət edib.