
İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbində HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvədi öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın qərbində HƏMAS-ın təhlükəsizlik aparatına rəhbərlik edən terrorçu Mahmud əl-Əsvədi vuraraq məhv edib”, - deyə məlumatda bildirilir.