AZ

Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın milli mənafeyini şəxsi ambisiyalarına qurban verənradikal düşərgə nümayəndələri, xaricdəki antimilli ünsürlər sosialmedia platformasında yalan danışmağı, şər-böhtan atmağı adi halaçeviriblər. Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycandairələrə maşalıq edən bu antimilli ünsürlər ancaq dağıdıcılığı,inkarçılığı, pozuculuğu təbliğ etməklə məşğuldurlar. Azərbaycanınuğurlarını, Zəfərlərini heç cür həzm edə bilməyən bu ünsürlər xəstətəxəyyülə əsaslanan şərhləri, qeyri-ciddi fikirləri ilə ictimairəyi çaşdırmağa, özlərini gündəmdə saxlamağa səy göstərir, bununlada özlərinə qarşı ictimai qınağı son hədəfə çatdırırlar. Buünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Ağa qarademəklə ölkəmizdə mövcud olan inkişafa, sabitliyə, demokratikmühitə kölgə salmaq cəhdləri hər zaman boşa çıxsa da, “bəlkəalındı” prinsipini fəaliyyətlərinin əsasında saxlamaqla belə ikrahdoğuran əməllərini davam etdirirlər. Onların anti-Azərbaycanqüvvələrlə işbirliyi inkaredilməz həqiqətdir. Həmin qüvvələrin hərfürsətdə ölkəmizin əleyhinə təbliğat aparmaları, uğurlarımızıgörməzdən gəlmələri cəmiyyətdə nifrət hissini daha da artırır. Bugün ölkəmiz öz daxili imkanları hesabına azad edilmişərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyatakeçirərək, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarınaqayıdışını təmin edir. Prezident İlham Əliyev tarixi Zəfərimizdəndərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdiki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, buraqayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlaratılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və ŞərqiZəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinindünyaya təqdimatıdır. Bu qədər nəhəng işləri həyata keçirəndövlətin siyasətini təqdir etmək əvəzinə sosial mediadaplatformasında qarayaxma ilə məşğul olmaq avantürizmdir.

Trendxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanınuğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etirafetməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdənalınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgəsalmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşıqarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqidedir, gah xarici siyasəti. Amma dediklərinin Azərbaycan reallığıilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyiözümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki, özlərinin dətəmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyətidövründə yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərininyoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı,özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardıncaişğalına şərait yaratmalarını yada salsınlar. 1992-ci ildəhakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasətinəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzəqalmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərinböhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasixəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya,hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi.1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi iləhakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.

Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə dəölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlərəsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağacəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha dayaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq,populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar“yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığınıngöstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərəkAzərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn,12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonrahəmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyiyalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə AliŞurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədəAzərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur.İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın,avantürist olmaq olarmı?!

Millət vəkili vurğulayıb ki, ədalətə və beynəlxalq hüquqasöykənən müstəqil siyasəti sayəsində regionda və dünyada özmövqelərini daha da möhkəmləndirən, söz sahibinə çevrilən,dayanıqlı iqtisadi inkişafa malik olan, Cənubi Qafqazın yeniinkişaf perspektivlərini müəyyənləşdirən, yeni dünya nizamınınformalaşmasına töhfələri ilə diqqətdə olan Azərbaycanın öz uğurlarıilə radikal qüvvələri, xəyanətkarları, sosial mediada ölkəmizinəleyhinə təbliğat aparan bədxahlarımızı çox ciddi narahat etdiyiinkaredilməzdir. “Sapı özümüzdən olan baltalar” daim xaricianti-Azərbaycan qüvvələrin cızdığı ssenarilərə uyğun olaraqAzərbaycanın uğurlarına kölgə salmaq üçün cəhdlər edirlər. Ammaonların bu avantüraları, sayıqlamaları fiaskoya məhkumdur.Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür. Bu gün beynəlxalqictimaiyyət qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın dünyayatəqdim etdiyi təkmil inkişaf modelinin şahididir. Bu modelAzərbaycanı Zəfərdən zəfərə aparır.

Seçilən
0
5
az.trend.az

6Mənbələr