Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanın uğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etiraf etməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdən alınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqid edir, gah xarici siyasəti. Amma dediklərinin Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyi özümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki, özlərinin də təmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərinin yoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı, özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardınca işğalına şərait yaratmalarını yada salsınlar. 1992-ci ildə hakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərin böhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya, hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. 1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.
Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər əsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağa cəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq, populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar “yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığının göstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərək Azərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn, 12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonra həmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyi yalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədə Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur. İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın, avantürist olmaq olarmı?!
6Mənbələr
-
az.trend.azYalanların həqiqəti inkar etməsi mümkünsüzdür - Vüqar Rəhimzadə ( 20743014)
-
sabahinfo.azYalanların həqiqəti inkar etməsi mümkünsüzdür ( 20742546)
-
demokrat.azVüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür ( 20739984)
-
demokrat.azVüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür ( 20739573)
-
olaylar.azVüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür ( 20738442)
-
ikisahil.azVüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür ( 20737704)