AZ

Kəlbəcərdəki hadisə ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Kəlbəcər rayonu Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:

“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil.

Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

***

Hadisə ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 22:20 radələrində 4 nəfər kişi cinsli Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: 

“Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
22
3
cebheinfo.az

4Mənbələr