Xəbər verdiyimiz kimi, Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.
"Cebheinfo.az" xəbər verir ki, Kəlbəcər rayonu Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:
“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.
***
Hadisə ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 22:20 radələrində 4 nəfər kişi cinsli Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.
"Cebheinfo.az"