AZ

Qazaxıstanın "Kayrat" klubu tarix yazdı - VİDEO

Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, komanda ötən gecə pley-offun cavab oyunları çərçivəsində Şotlandiya "Seltik"i ilə heç-heçə edib - 0:0. Bu komandalar arasında ilk görüş də bərabərliklə başa çatdığı üçün (0:0) penaltilər seriyası oynanılıb. Burada 3:2 hesabı ilə üstün olan Almatı klubu əsas mərhələyə yüksəlib.

Görüşdən sonra azarkeşlər matçın oynanıldığı "Ortalyk Stadium"da və Qazaxıstan küçələrində "Kayrat"ın uğurunu coşqu ilə qeyd ediblər.
 

 

Seçilən
12
2
modern.az

3Mənbələr