"Kayrat"ın tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Qazaxıstanda coşqu ilə qeyd olunub.
QOL.az xəbər verir ki, komanda ötən gecə pley-offun cavab oyunları çərçivəsində Şotlandiya "Seltik"i ilə heç-heçə edib - 0:0. Bu komandalar arasında ilk görüş də bərabərliklə başa çatdığı üçün (0:0) penaltilər seriyası oynanılıb. Burada 3:2 hesabı ilə üstün olan Almatı klubu əsas mərhələyə yüksəlib.
Görüşdən sonra azarkeşlər matçın oynanıldığı "Ortalyk Stadium"da və Qazaxıstan küçələrində "Kayrat"ın uğurunu qeyd ediblər.
Həmin anların videosunu təqdim edirik: