Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir. Avtosfer.az-ın məlumatına görə, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta