AZ

Yevlaxda oğul atasını bıçaqladı

Yevlaxda oğul atasını bıçaqlayıb.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Havarlı kəndində baş verib.

1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
57
8
news24.az

10Mənbələr