Avqustun 28-i və 29-da Kopenhagendə Aİ ölkələrinin müdafiə nazirlərinin təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunmuş qeyri-rəsmi görüşü keçiriləcək.
Bu barədə Operativ Media Aİ Şurasında Danimarka sədrliyinə istinadən xəbər verir.
İclaslarda əsas diqqət Ukraynaya hərbi dəstəyin göstərilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, eləcə də Aİ missiyası və əməliyyatlarına yönəldiləcək.
Avqustun 28-də nazirlər müdafiə məsələlərinə həsr olunmuş ilkin tədbirdə iştirak edəcəklər. Əsas strateji müzakirələr avqustun 29-da iş sessiyaları çərçivəsində aparılacaq.