Avqustun 28-də nazirlər müdafiə məsələlərinə həsr olunmuş ilkin tədbirdə iştirak edəcəklər. Əsas strateji müzakirələr avqustun 29-da iş sessiyaları çərçivəsində aparılacaq.
Ajans.az xəbər verir ki, bu barədəAİ Şurasında Danimarka sədrliyi məlumat yayıb. İclaslarda əsas diqqət Ukraynaya hərbi dəstəyin göstərilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, eləcə də Aİ missiyası və əməliyyatlarına yönəldiləcək.