BMT Baş katibi İsrailin Qəzzanın cənubundakı "Naser" xəstəxanasına endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib.
BMT Baş katibinin müvafiq bəyanatını onun sözçüsü Stefan Düjarrik yayıb.
Bəyanatda hücum nəticəsində tibb işçiləri və jurnalistlərin həlak olduğuna xüsusilə diqqət çəkilib, bunun onların amansız münaqişə şəraitində həyati fəaliyyətlərini yerinə yetirərkən üzləşdikləri təhlükələri bir daha göstərdiyi vurğulanıb. Baş katib mülki şəxslərin, o cümlədən tibb işçiləri və jurnalistlərin hər zaman qorunmalı olduğunu qeyd edib və hadisə ilə bağlı dərhal, qərəzsiz araşdırmaya çağırıb.
O həmçinin qeyd edib ki, tibb işçiləri və jurnalistlər beynəlxalq humanitar hüquqa uyğun olaraq heç bir müdaxilə və təzyiq olmadan öz vəzifələrini icra edə bilməlidirlər.
BMT rəhbəri yenidən təcili və daimi atəşkəsin elan edilməsinə, Qəzzaya humanitar yardıma maneəsiz çıxışın təmin olunmasına və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən indiyədək Qəzzada 62 min 622 fələstinli həlak olub.(Report)
10Mənbələr
-
cebheinfo.azBMT tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırdı ( 20692050)
-
anews.azQəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub ( 20691804)
-
icma.azBMT Baş katibi tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırıb ( 20691255)
-
www.bakupost.azBMT tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırdı ( 20690097)
-
demokrat.azBMT Baş katibi tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırıb ( 20689914)
-
xalqcebhesi.azBMT Baş katibi tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırıb ( 20689650)
-
report.azBMT Baş katibi tərəfləri Qəzzada təcili şəkildə daimi atəşkəsə çağırıb ( 20689563)
-
icma.azİsrailin xəstəxanaya zərbə endirməsindən sonra Britaniya Qəzzada atəşkəsə çağırıb ( 20687694)
-
xalqcebhesi.azİsrailin xəstəxanaya zərbə endirməsindən sonra Britaniya Qəzzada atəşkəsə çağırıb ( 20687676)
-
report.azİsrailin xəstəxanaya zərbə endirməsindən sonra Britaniya Qəzzada atəşkəsə çağırıb ( 20687511)