AZ

İsrailin xəstəxanaya zərbə endirməsindən sonra Britaniya Qəzzada atəşkəsə çağırıb

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Qəzza zolağında xəstəxanaya zərbə endirməsi atəşkəsin yaradılmasının zəruriliyini nümayiş etdirir.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” sosial şəbəkəsində bildirib.

“İsrailin “Naser” xəstəxanasına hücumu dəhşətlidir. Mülki əhali, tibb işçiləri və jurnalistlər qorunmalıdır. Bizə təcili atəşkəs lazımdır”, - nazir yazıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunisdəki “Naser” xəstəxanasına hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bildirilib ki, ölənlər arasında 5 jurnalist və tibb müəssisəsinin 4 əməkdaşı var. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir xəstəxana ərazisinə endirilən zərbə ilə bağlı ilkin araşdırma aparılmasına göstəriş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
50
icma.az

10Mənbələr