AZ

Ukrayna Almaniyadan əlavə HHM sistemləri almaq üçün danışıqlar aparır

Ukrayna

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə işlərin davam etdirildiyini, o cümlədən Almaniya istehsalı olan əlavə "IRIS-T" hava hücumundan müdafiə (HHM) sistemlərinin alındığını elan edib.

Ukrayna Prezidenti bu barədə sosial şəbəkədə yazıb.

"Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyli Kiyevə ilk səfərində salamlamaqdan məmnunam. Biz hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, Ukraynanın pilotsuz təyyarələrin istehsalının maliyyələşdirilməsi və Amerika silahlarının alınması üçün PURL proqramının imkanlarını müzakirə etdik. İki əlavə "Patriot" sisteminin, eləcə də Almaniyanın əlavə müdafiə sistemlərinin alınması istiqamətində işlər davam etdirilir", - deyə o qeyd edib.

Zelenski Almaniyaya Ukraynaya verdiyi dəstəyə və Rusiya ilə münaqişə başlayandan bəri Avropa ölkələri arasında ən böyük yardıma görə təşəkkür edib.

Qeyd edək ki, tərəflər Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və təhlükəsizlik təminatlarını müzakirə ediblər. Müvafiq diplomatik iş milli təhlükəsizlik müşavirləri səviyyəsində davam etdirilir.

Seçilən
76
4
xalqcebhesi.az

10Mənbələr