AZ

Tramp Rusiya ilə bağlı elə plan qurub ki... Detallar

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı ikili oyun oynayır. O, bir tərəfdən Rusiya ilə sülh vasitəsilə nizamlanma danışıqları aparır, digər tərəfdən Avropa İttifaqı (Aİ) ilə Ukraynaya qoşun göndərilməsini müzakirə edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Norveçin “Steigan” portalı məlumat yayıb.

“Vaşinqton belə qənaətə gəlib ki, Ukrayna silahlı münaqişədə uduzub. ABŞ həm sülhlə bağlı dialoq aparmaq, həm də Rusiyanı öz istəklərinə yenidən baxmağa məcbur edəcək kütləvi hərbi məğlubiyyətə uğratmaq istəyir. Bu strategiyanın məqsədi rus qoşunlarını ağır itkilərə məruz qoymaqdır.

Onlar bununla münaqişənin davam etdirilməsinin necə baha başa gələcəyini sübut etmək fikrindədir. Buna görə də sülh sazişi söhbəti fonunda D.Tramp Aİ ölkələrindən qoşun göndərməyi müzakirə edir”, – deyə nəşr yazıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
globalinfo.az

10Mənbələr