AZ

“Araz Naxçıvan” millimizin üzvünü transfer etdi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir. Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib.

O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
21
bizim.media

10Mənbələr