“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyəcək. Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.
Xatırladaq ki, millimizin formasını geyinən Diniyev müxtəlif illərdə premyer-liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu “Çorum” olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta