AZ

Son 5 ildə Azərbaycanda nə qədər abort qeydə alnıb? - Statistika

Ajans.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında təhlil aparıb. Təhlilin nəticələri göstərir ki, 2024-cü ildə ölkədə abortların sayı 2023-cü il ilə müqayisədə 6% və ya 4 429 vahid artaraq rekord həddə, 78 245-ə çatıb. Son 5 ildə bu mənfi göstərici sürətlə artır. Lakin öncəki illərdə bu artım daha yüksək olub. Məsələn, 2023-cü ildə 2022-ci il ilə müqayisədə ölkədə abortların sayı 27.3% və ya 15 817 vahid artıb. 2020-ci ildə ölkədə abortların sayı 34 719-ə bərabər olmuşdu. 2024-cü ildə qeydə alınan abort sayı həmin dövrlə müqayisədə 2.3 dəfə çoxdur. Ümumilikdə 5 il ərzində ölkədə qeydə alınan abortların ümumi sayı 291 656 olub. Abortların sayına hər yaş qrupu üzrə ayrı-ayrılıqda baxsaq, son 5 il ərzində bütün yaş qrupları üzrə ən pis göstəricinin məhz 2024-cü ildə qeydə alındığını görərik. Ən pis göstərici 30-34 yaşlılara aiddir ki, bu yaş qrupunda olan qadınların etdiyi abortların sayı 2024-cü ildə 23 645 olub. Qeyd edək ki, bu yaş qrupu son 4 ildə say etibarı ilə ən pis göstəricini özündə saxlayır. Həmçinin 2020-ci illə müqayisədə 2024-cü ildə bu yaş qrupuna aid qadınların abort sayı 2.5 dəfə artıb. İkinci sırada isə 25-29 yaşlı qadınlar yer alırlar ki, onların abortlarının sayı 2024-cü ildə 23 468-ə bərabər olub. Bu yaş qrupunun göstəricisi 2020-ci illə müqayisədə 2.1 dəfə artıb. Ümumilikdə son 5 ildə ölkədə 291 656 abort qeydə alınıb ki, onların böyük hissəsi 25-29 və 30-34 yaşlı qadınların payına düşür. 5 il ərzində abort edən 25-29 yaşlı qadınların sayı 87 145, 30-34 yaşlı qadınların sayı isə 86 982 olub. Onlar müvafiq olaraq ümumi göstəricinin 29.88% və 29.82%-ni təşkil edib. 35 və daha yuxarı yaşlı abort edən qadınların sayı son 5 ildə 55 503-ə bərabər olub. Onların sayı ümumi göstəricinin 19.03%-ni əhatə edib. 5 il ərzində abort edən 20-24 yaşlı qadınların sayı 50 872 olub. Onlar da öz növbəsində ümumi göstəricinin 17.44%-ni təşkil edib. 2020-2024-cü illərdə 15-19 yaşlı abort edənlərin sayı 11 154-ə bərabər olub ki, bu, ümumi göstəricinin 3.82%-i deməkdir. 35 və daha yuxarı yaşlı qadınların abortlarının sayı isə 2024-cü ildə 15 327 olub. 2020-ci il ilə müqayisədə bu yaş qrupunun abort sayı 2.8 dəfə artıb. 20-24 yaşlı gənc xanımların abort sayı son 5 ildə 1.7 dəfə artaraq 13 054-ə çatıb. Statistikada 15-19 yaşlı gənclərin də adı çəkilir ki, onlar arasında abort edənlərin sayı 2024-cü ildə 2 751 nəfər olub. Onların sayı isə 2020-ci il ilə müqayisədə 2.1 dəfə artıb. Ümumilikdə son 5 ildə ölkədə 291 656 abort qeydə alınıb ki, onların böyük hissəsi 25-29 və 30-34 yaşlı qadınların payına düşür. 5 il ərzində abort edən 25-29 yaşlı qadınların sayı 87 145, 30-34 yaşlı qadınların sayı isə 86 982 olub. Onlar müvafiq olaraq ümumi göstəricinin 29.88% və 29.82%-ni təşkil edib. 35 və daha yuxarı yaşlı abort edən qadınların sayı son 5 ildə 55 503-ə bərabər olub. Onların sayı ümumi göstəricinin 19.03%-ni əhatə edib. 5 il ərzində abort edən 20-24 yaşlı qadınların sayı 50 872 olub. Onlar da öz növbəsində ümumi göstəricinin 17.44%-ni təşkil edib. 2020-2024-cü illərdə 15-19 yaşlı abort edənlərin sayı 11 154-ə bərabər olub ki, bu, ümumi göstəricinin 3.82%-i deməkdir.

Seçilən
22
6
Ajans.az

7Mənbələr