AZ

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri keçirilir

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, yarış 12 yaşlı futbolçular arasında təşkil olunub.

Avqustun 25-dən 28-dək keçiriləcək turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan yarışda Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi”, Türkiyəni “Trabzonspor məktəbi” və “Başakşehir, Gürcüstanı “Dinamo" (Tiflis), Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” komandaları təmsil edir.

Seçilən
0
15
report.az

10Mənbələr