AZ

“Ulduz Cup” canlı yayımda - VİDEO

Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutan turnir canlı yayımlanır.

Futbolsevərlər qarşılaşmaları “CBC Sport”un şərhçilərinin təqdimatında Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında izləyə bilərlər.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edirlər.

İdman.biz

Seçilən
24
3
idman.biz

10Mənbələr