“Xahiş edirəm ki, bu barədə tədbir görülsün. Hazırda ekspertizadan keçmişəm, ordan da xəstəxanaya gedib, müayinə olundum. Burnumda qırıq, ayağımda isə çat var. Ağrılarım getdikcə artır. Həmin gün çox şeyi hiss etməmişdim. Burnum sınıb, gözümün ətrafı göyərib, iki dişim sınıb, yerə yıxıldığıma görə topuğum çatlayıb, bundan başqa böyrək nahiyəmdə ağrı hiss edirəm.
Restoranda qırılan qab-qacağı da mənim üzərimə yıxıblar. Halbuki cibimdən pulum da itmişdi. Ən əsası da bütün bunlar ailəmin, azyaşlı övladlarımın gözü qarşısında baş verib. Uşaqlarım bu hadisə nəticəsində travma alıblar. 6 yaşını qeyd etdiyimiz oğlum, mənə deyir ki, bir də ad günü keçirməyək…”.
Cüdoçu Mehman Əzizov məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi:
“Yalandır, belə bir şey ola bilməz. Kimdirsə sizə yalan deyib. O restoranda bir neçə dəfə olmuşam, amma yaxın vaxtlarda getməmişəm”.
Hadisənin baş verdiyi deyilən “Nanə Pub” restoranı ilə əlaqə saxladıq. Restoranda belə bir hadisənin baş verdiyini təsdiqlədilər:
“İki müştəri içkili olub, aralarında mübahisə yaranıb. Təfərrüatı bilmirik. Məsələ hazırda 25-ci Polis Bölməsində araşdırırlır, ordan öyrənə bilərsiz”.
Qeyd edək ki, Mehman Əzizov 2 il əvvəl Azərbaycan Cüdo Federasiyası tərəfindən millinin böyük məşqçisi vəzifəsindən azad olunub. İdmançı açıqlamasında müqaviləni oxumadan imzaladığını, işdən çıxarılma səbəbini bilmədiyini deyib.
