ain.az, Bakupost portalına istinadən məlumat verir.
Cüdo üzrə milli komandamızın sabiq baş məşqçisi Mehman Əzizovrestoranda adam döyməkdə ittiham olunur.
Bu barədə Bakupost.az -a müraciət edən Bakı sakini Qənbər Qənbərov iddia edir ki, idmançı yanındakı şəxslə birlikdə aöır bədən xəsarətləri yetiriblər. Hadisənin “Nanə Pub”da baş verdiyi deyilir. Şikayətçi redaksiyamıza müraciətində qeyd edib ki, insident ailəsinin gözü qarşısında baş verib və nəticədə ciddi bədən xəsarətləri alıb:
"Aynı 23-də Nizami rayon məhkəməsinin yanında yerləşən “Nanə Pub”da öz uşağımın ad gününü qeyd eləmək üçün ailəmlə birlikdə oturmuşdum. Təqribən saat 23-24 radələrində yan masadan nalayiq ifadələr və oynayarkən qola dəymək, eləcə də sataşmalarla rastlaşdım. İki dəfə üzrxahlıq etdilər, lakin yenə nalayiq ifadələrə başladılar. Yaxınlaşdım iradımı bildirməyə ki, "burada ailəmlə oturmuşam, xahiş edirəm, özünüzü düzəldin". Onlar isə mənə nalayiq sözlər dedilər. Üç nəfər idilər, onlardan biri əlində şərab butulkası ilə ilə məni hədələyərək “bunu başına vuraram” dedi. Mən ararlarında ayıq olanı (Sonradan öyrəndim ki, o Mehman Əzzov imiş) bayıra çağırıb xahiş elədim ki, ailəmin yanında özlərini yaxşı aparsınlar. O isə mənə cavab verdi ki, “sən heç nə edə bilməzsən”. Sonra iki nəfər birdən üstümə gəldi. Huşumu itirəndə hiss edirdim ki, böyrümə, başıma zərbələr endirdilər. Nə ilə vurduqlarını bilmədim, dəmir və ya taxta idi. Onlar məni ailəmin gözü qarşısında çox pis vəziyyətdə döydülər. Həmin gün 25-ci polis bölməsinin əməkdaşları məni apardılar. Saat 3-ə qədər orada oldum, izahatımı aldılar. Sonra restorana qayıtdım ki, hesabı ödəyim, amma gördüm cibimdəki pul yoxdur. Cibimdəki 100 dollar və 187 manat pul yox idi. Səhəri gün Sabunçu xəstəxanasında qeydiyyatdan keçdim. Hər yerimdə ağrı var idi. Sonra öyrəndim ki, məni vuran şəxslərdən biri cüdoçu Mehman, digəri isə Rəşad adlı şəxsdir. Onlar yeznə-qayındılar".
Qənbər Qənbərov bu barədə tədbir görülməsini istəyir:
"Xahiş edirəm ki, bu barədə tədbir görülsün. Hazırda ekspertizadan keçmişəm, ordan da xəstəxanaya gedib, müayinə olundum. Burdumda qırıq, ayağımda isə çat var. Ağrılarım getdikcə artır. Həmin gün çox şeyi hiss etməmişdim. Burnum sınıb, gözümün ətrafı göyərib, iki dişim sınıb, yerə yıxıldığıma görə topuğum çatlayıb, bundan başqa böyrək nahiyəmdə ağrı hiss edirəm.
Restoranda qırılan qab-qacağı da mənim üzərimə yıxıblar. Halbuki cibimdən pulum da itmişdi. Ən əsası da bütün bunlar ailəmin, azyaşlı övladlarımın gözü qarşısında baş verib. Uşaqlarım bu hadisə nəticəsində travma alıblar. 6 yaşını qeyd etdiyimiz oğlum, mənə deyir ki, bir də ad günü keçirməyək...".
Məsələ ilə bağlı cüdoçu Mehman Əzizovla Bakupost.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi:
"Yalandır, belə bir şey ola bilməz. Kimdirsə sizə yalan deyib. O restoranda bir neçə dəfə olmuşam, amma yaxın vaxtlarda getməmişəm".
Hadisənin baş verdiyi deyilən "Nanə Pub" restoranı ilə əlaqə saxladıq. Restoranda belə bir hadisənin baş verdiyini təsdiqlədilər:
"İki müştəri içkili olub, aralarında mübahisə yaranıb. Təfərrüatı bilmirik. Məsələ hazırda 25-ci Polis Bölməsində araşdırırlır, ordan öyrənə bilərsiz".
Qeyd edək ki, Mehman Əzizov 2 il əvvəl Azərbaycan Cüdo Federasiyası tərəfindən millinin böyük məşqçisi vəzifəsindən azad olunub. İdmançı açıqlamasında müqaviləni oxumadan imzaladığını, işdən çıxarılma səbəbini bilmədiyini deyib.
Aysel
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.