Aktual.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.
***
"Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.