EN

“Sədərək” ticarət mərkəzindəki yanğın tam söndürüldü

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.

Aktual.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

***

"Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Chosen
69
34
ulusum.az

10Sources