Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 43 102 kvadrat metr təşkil edib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 27,3 min kv. metr və ya 2,7 dəfə çoxdur.
Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda bu ilin ilk 6 ayında 13,380 min kv.metr yaşayış sahəsi (2,6 dəfə çox), Ağdam rayonunda 4,702 min kv.metr yaşayış sahəsi (4,6 dəfə çox), Bərdə rayonunda 13,520 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox), Füzuli rayonunda 5,992 min kv.metr yaşayış sahəsi (2,9 dəfə çox), Tərtər rayonunda 5,508 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox) istifadəyə verilib.