AZ

Qarabağda tikinti sürətlənir: yeni evlərin sahəsi ötən ildən 2,7 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ iqtisadi rayonundaistifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 43 102 kvadratmetr təşkil edib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2024-cüilin eyni aylarındakı göstərici ilə müqayisədə 27,3 min kv. metr vəya 2,7 dəfə çoxdur.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda bu ilinilk 6 ayında 13,380 min kv.metr yaşayış sahəsi (2,6 dəfə çox),Ağdam rayonunda 4,702 min kv.metr yaşayış sahəsi (4,6 dəfə çox),Bərdə rayonunda 13,520 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox),Füzuli rayonunda 5,992 min kv.metr yaşayış sahəsi (2,9 dəfə çox),Tərtər rayonunda 5,508 min kv.metr yaşayış sahəsi (2,5 dəfə çox)istifadəyə verilib.

Hesabatda Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Şuşarayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrəməlumat verilməyib.

Cari ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonunayatırılan 8,579 milyard manatlıq investisiyanın 97,3%-i və ya 8,351milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda bütün mülkiyyətnövləri üzrə 1,830 milyon kv.metr yaşayış evi istifadəyə verilibki, bu da bir il öncəki göstəricidən 1,128 milyon kv. metr və ya2,6 dəfə çoxdur. Bunun 90,2%-ni və ya 1,651 milyon kv.metrni fərdiyaşayış və bağ evləri təşkil edib. Hesabat dövründə istifadəyəverilmiş yaşayış evlərinin 6,645 min kv. Metri dövlət müəssisələritərəfindən, 1,730 milyon kv.metri isə qeyri-dövlət müəssisələritərəfindən inşa edilib.

Seçilən
12
5
az.trend.az

6Mənbələr