AZ

Klintonun 2000-ci ildə Kremldə Putinə dedikləri ÜZƏ ÇIXDI

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 2000-ci ildə Vladimir Putinlə görüşü zamanı Rusiyanın NATO-ya daxil olma imkanını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədləri sübut edir. Sənədlər Corc Vaşinqton Universiteti nəzdində fəaliyyət göstərən "National Security Archive" tədqiqat təşkilatı tərəfindən açıqlanıb.

Arxiv materiallarına görə, Klinton Rusiya liderini də əmin edib ki, Şimali Atlantika alyansının şərqə doğru genişlənməsi Moskva üçün təhlükə yaratmır.

"NATO-nun genişlənməsi prosesinin əvvəlindən mən başa düşürdüm ki, bu, Rusiya üçün problemə çevrilə bilər. Mən bu məsələyə ciddi yanaşdım və aydın olsun ki, NATO-nun genişlənməsi heç bir şəkildə Rusiyanı təhdid etmir", - amerikalı siyasətçi Kremldə Putinlə söhbətinin protokolunda deyib.

Klinton xüsusilə qeyd edib ki, Rusiya ilə NATO arasında əməkdaşlığın bərpasından məmnundur və bunun “tamamilə geriyə döndüyünü” vurğulayıb.

Avqustun 21-də ABŞ konqresmeni Mett Qets bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya NATO üzvlüyünü təklif etməlidir.

Publika.az

Seçilən
69
2
hurriyyet.az

10Mənbələr