Bakı.Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, İşğaldan azad olunmuş ərazilərdə dəmiryolinfrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırdaxəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularınıninşası aparılır.
Qeyd edilib ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli,Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbəndstansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yoluxətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndisqurğusunun tikintisi həyata keçiriləcək.