AZ

Horadiz Ağbənd dəmir yolunun 67%i tamamlandı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayər.

Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.

Qeyd olunur ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının – ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
17
globalinfo.az

10Mənbələr