Bakı. Trend:
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinciQarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycanınhərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqiolan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən həminil dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindənboşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux vəSus kəndləri nəzarətə götürüldü. 2022-ci il 26 avqust tarixindədövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına bu müjdəniçatdırdı: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçınşəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi.Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları vəAzərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın!Yaşasın Azərbaycan!”
Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinəxidmət edən mühüm addımlarından biri 31 iyul 2023-cü il tarixli“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrəşəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu sənədəəsasən artıq üçüncü ildir ki, 26 avqust Laçın Şəhəri Günü kimi qeydedilir. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühümçağırışları ehtiva edir. Bu günlər indiki və gələcək nəsillərətarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı,artıq işğal deyil, torpaqlarımızın azad edildikləri tarixiyaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur.Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi,44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəligedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır.Bir dənə də olsun fərari olmamışdır. Bu, onu göstərir ki, bütünxalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazıridi.
Trendxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, böyük strateji əhəmiyyətə malikLaçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələritərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etniktəmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlakolub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil,142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə vəmüəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşəməktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalmüəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerliəhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçınınermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər,xəyanət dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etməyə canatırdı. Hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əlatdılar, təcavüzkar Ermənistan tərəfindən Şuşanın, Laçının işğaledilməsinə şərait yaratdılar. Beləliklə Şuşa, Laçın düşmənə təhvilverildi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciəidi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərindən fəlakət idi.Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasındacoğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhzŞuşa və Laçının itirilməsi oldu.
Vüqar Rəhimzadə qeyd edib ki, otuz ilə yaxın dövrdə ermənivandalizminə məruz qalan Laçın bu gün özünün yeni dövrünə qədəmqoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daimdiqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfəsəfər edib. Bu səfərlər Böyük Qayıdışa xidmət edən mühüm sosialobyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi iləyadda qalıb. 2023-cü ilin 28 May-Müstəqillik Günü laçınlılarınLaçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısıİlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərinaçarlarını onlara təqdim edərkən azad edilmiş torpaqlarımızdaaparılan geniş miqyaslı bərpa-quruculuq işlərinin fonunda buçağırışı səsləndirmişdir ki, biz öz doğma torpaqlarımızıişğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və ŞərqiZəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu günbax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər –hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahatyaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldəetdiyi uğurları ilə eyni səviyyədə olsun.
Milli Məclisin deputatı bildirib ki, bütövlükdə Laçında 1000-dənçox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdiev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsiistifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzillibina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir.Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın tikintisiplanlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizmpotensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrininyaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biridə Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir.Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıqtəsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdəntəmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübəmərkəzi və digər müəssisələr yaradılacaq. Laçın rayonundaheyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonundayüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətəbaşlayıb. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkiliistiqamətində də tədbirlər həyata keçirilir. Təbii ki, bunlargörülən və görüləcək işlərin yalnız az bir hissəsidir. Bütün bunlarbu reallığı təsdiqləyir ki, müasir tələblər səviyyəsində həyatakeçirilən bərpa-quruculuq işlərində əsas hədəf dogma yurda qayıdansoydaşlarımızın yaşayış şəraitinin və məşğulluğunun yüksəksəviyyədə təmin edilməsidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü ilin 28 may tarixindənbaşlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.Laçınlılar 31 ildən sonra öz doğma şəhərlərinə, kəndlərinəqayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçınşəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonradövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və yayenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədəkLaçın şəhərinə 571, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylikkəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib. Təbii ki, burəqəmlər son deyil. Soydaşlarımızın mərhələ-mərhələ azad edilmişşəhər və kəndlərə qayıdışı davam edir.
Millət vəkili diqqəti bu ilin 28 May-Müstəqillik Günündə dövlətbaşçısı İlham Əliyevin Laçın rayonuna səfərinə yönəldərək tarixəyazılan iki mühüm hadisədən bəhs edib. Həmin tarixdə Azərbaycan vəTürkiyə Prezidentlərinin iştirakı ilə işğaldan azad edilmişərazilərimizdə sayca üçüncü olan Laçın Beynəlxalq Hava Limanınınaçılışı oldu. 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə vəPakistan liderlərinin Laçın şəhərində Zirvə görüşü keçirildi. Laçınşəhəri diplomatik mərkəz kimi dünyanın diqqətində oldu. Bu məkandantarixi Zəfərimizin reallıqları fonunda yaradılan yeni əməkdaşlıqformatı təqdim edildi. Zirvə görüşündə bu fikir səsləndirildi ki,füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinəuyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heçkəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistanəsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyəəsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Onu daqeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cüil tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-ninmədəniyyət paytaxtı elan olunub.
Vüqar Rəhimzadə bildirib ki, azad Qarabağımız və ŞərqiZəngəzurumuz sözün əsl mənasında cənnət məkana çevrilir. Butorpaqlara qayıdan soydaşlarımızın timsalında isə Azərbaycanxalqının əyilməz ruhunu görürük.