AZ

Mikels Zubir və Reynaldonun nailiyyətini təkrarladı

“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Publika.az xəbər verir ki, 32 yaşlı almaniyalı legionerin yubileyi çempionatın 2-ci turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşündə dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında buna nail olub.

Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.

Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.

Seçilən
19
10
publika.az

10Mənbələr