AZ

Azərbaycan Premyer Liqasında 68-ci

style='margin-bottom:10px;'>

“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

QOL.az PFL-in saytına istinadən xəbə verir ki, 32 yaşlı almaniyalı legionerin yubileyi Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşündə dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında buna nail olub.

Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.

Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.

Qeyd edək ki, “Sabah” səfərdə 2:1 hesablı qələbə qazanıb.

Seçilən
28
7
teleqraf.com

10Mənbələr