AZ

Yeni tədris ili öncəsi uşaqları psixoloji olaraq məktəbə necə hazırlamaq lazımdır?

"Yeni dərs ili birinci sinifə gedən uşaqlar üçün bu həm sevincli, həm də bir az qorxulu ola bilər".

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, məktəbə hazır olmaq sadəcə oxumaq və yazmaq deyil:

"Psixoloji hazırlıq uşağın özünü məktəbdə güvəndə hiss etməsi, müəllim və sinif yoldaşları ilə ünsiyyət qurmağı bacarması, habelə qaydalara uyğunlaşa bilməsidir. Bunun üçün valideynlər evdə uşağa dəstək olmalı, məktəb haqqında müsbət danışmalı və hisslərini ifadə etməsinə şərait yaratmalıdır".

380456

Psixoloq qeyd edib ki, evdə uşağa müstəqillik verilməlidir:

"Məsələn, çantasını toplamağa və ya geyinməyə imkan yaratmaq onun özünəinamını gücləndirir. Hətta məktəb mövzusunda sadə oyunlar oynamaq olar. Bundan başqa, “müəllim və şagird” oyunu uşağın yeni mühitə uyğunlaşmasını asanlaşdırır".

Ekspert vurğulayıb ki, tədris ili başlamadan öncə yuxu və oyanma saatlarını məktəb rejiminə yaxınlaşdırmaq da vacibdir:

"Günün sonunda uşağınızla söhbət edib, nələr hiss etdiyini soruşmaq isə həm emosional yaxınlığı artırır, həm də uşağa özünü ifadə etməyi öyrədir.

Əgər “uşağım məktəbə tam hazırdır?” sualı sizi narahat edirsə, bunun üçün Metropolitan testi var. Bu test uşağın diqqətini, yaddaşını, məntiqini və sosial bacarıqlarını yoxlayır. 

Beləliklə, onun məktəbə psixoloji hazır olub olmadığını nəticə olaraq görürük. Məktəb uşaqlar üçün qorxu yox, yeni dostluqların və maraqlı bir yolun başlanğıcıdır".

Pərviz

Seçilən
38
27
hit.az

10Mənbələr