AZ

“Telegram”da təzə funksiya

“macOS” əməliyyat sistemi üçün “Telegram” mesencerinin beta versiyasında istifadəçilər öz profillərinə musiqi əlavə etmək imkanı qazanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə “Rozetked” məlumat yayıb.

“Telegram”ın öz musiqi kitabxanası olmadığı üçün istifadəçilər audiofaylları özləri tapıb yükləməli olacaqlar.

Profilə musiqi əlavə etmək üçün hər hansı bir söhbətə kompozisiya göndərməli və xüsusi düyməni sıxmalısınız.

Həmçinin istifadəçinin səhifəsində əlavə edilmiş treklərdən ibarət pleylist yaradılacaq və ona başqaları da baxa biləcəklər. İstifadəçilərin bir-birinin profillərindən musiqi “oğurlaya” biləcəklər.

Bütün istifadəçilər üçün yeni funskiyanın nə vaxt işə salınacağı hələ məlum deyil.

MənbəOXU.AZ
Seçilən
25
2
banker.az

3Mənbələr