AZ

Telegram da təzə FUNKSİYA

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"macOS" əməliyyat sistemi üçün "Telegram" mesencerinin beta versiyasında istifadəçilər öz profillərinə musiqi əlavə etmək imkanı qazanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Rozetked" məlumat yayıb.

"Telegram"ın öz musiqi kitabxanası olmadığı üçün istifadəçilər audiofaylları özləri tapıb yükləməli olacaqlar.

Profilə musiqi əlavə etmək üçün hər hansı bir söhbətə kompozisiya göndərməli və xüsusi düyməni sıxmalısınız.

Həmçinin istifadəçinin səhifəsində əlavə edilmiş treklərdən ibarət pleylist yaradılacaq və ona başqaları da baxa biləcəklər. İstifadəçilərin bir-birinin profillərindən musiqi "oğurlaya" biləcəklər.

Bütün istifadəçilər üçün yeni funskiyanın nə vaxt işə salınacağı hələ məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
oxu.az

3Mənbələr