Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Qəza zamanı sürücü - Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Qafqaz Şamil oğlu Mənəfli dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.