AZ

Kürdəmirdə avtomobil transformatora çırpıldı, sürücü öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Qəza zamanı sürücü - Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Qafqaz Şamil oğlu Mənəfli dünyasını dəyişib. pizza hut

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Seçilən
41
2
yenisabah.az

10Mənbələr