AZ

Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 350 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektin (ərzaq mağazası, məktəb ləvazimatları satışı mağazası, meyvə-tərəvəz satışı mağazası, məişət avadanlıqlarının təmiri sexi və aptek kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 52 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-а verilən məlumata görə, yüksək temperaturdan sahəsi 40 m² olan meyvə-tərəvəz satışı mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
610
14
day.az

10Mənbələr