AZ

Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 350 m² olan, birdam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektin(ərzaq mağazası, məktəb ləvazimatları satışı mağazası,meyvə-tərəvəz satışı mağazası, məişət avadanlıqlarının təmiri sexivə aptek kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 52m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdansahəsi 40 m² olan meyvə-tərəvəz satışı mağazasının lambirdən ibarəttavanı 6 m² sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğındanmühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
693
14
az.trend.az

10Mənbələr